“Volkswagen” avtomobillərinin bəzi sahiblərinə 3 min avro təzminat ödəyə bilər

“Volkswagen” avtomobillərinin bəzi sahiblərinə 3 min avro təzminat ödəyə bilər Almaniyanın avtomobil nəhəngi “Volkswagen” şirkəti Niderlanddakı müştərilərinin bir qisminə adambaşına 3 min avro təzminat ödəməlidir.
Biznes
15 İyul , 2021 16:29
“Volkswagen” avtomobillərinin bəzi sahiblərinə 3 min avro təzminat ödəyə bilər

Almaniyanın avtomobil nəhəngi “Volkswagen” şirkəti Niderlanddakı müştərilərinin bir qisminə adambaşına 3 min avro təzminat ödəməlidir.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə paytaxt Amsterdamdakı yerli məhkəmə qərar qəbul edib.

Qərara əsasən, söhbət qaz emissiyasının nəticələrini saxtalaşdıran proqram təminatı ilə təchiz olunmuş dizel mühərrikli avtomobillərin sahiblərindən gedir. Bunlar əsasən, 2-ci əl "Volkswagen", "Seat" və "Škoda" markalı avtomobillərdir.

“Volkswagen” məhkəmə qərarından apellyasiya şikayəti verəcəyini açıqlayıb.

Xatırladaq ki, Almaniya şirkəti bundan əvvəl qaz emissiyası qalmaqalına görə ABŞ-dakı istehlakçılara 15 milyard dollar cərimə ödəməyi qəbul edib.

Son xəbərlər

Orphus sistemi