Vətəndaşların Dövlət Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 13 % azalıb

Vətəndaşların Dövlət Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 13 % azalıb Bu ilin iyul ayında ümumilikdə vergi orqanlarına 42 018 müraciət daxil olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 % azdır.
Biznes
27 Avqust , 2024 18:06
Vətəndaşların Dövlət Vergi Xidmətinə faktiki şikayətlərinin sayı 13 % azalıb

Bu ilin iyul ayında ümumilikdə vergi orqanlarına 42 018 müraciət daxil olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13 % azdır.

"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Müraciətlərdən 96 %-ni ərizələr, 3,9 %-ni şikayətlər, 0,1 %-ni isə müxtəlif təkliflər təşkil edib.

Daxil olmuş müraciətlərdən 92,1 %-nin baxılması hesabat ayı ərzində başa çatdırılıb, 7,9 %-i isə hazırda icradadır. Baxılmış müraciətlərdən 59,7 %-i həll edilib, 39 %-i barədə müvafiq izahat verilib, qalanları ilə bağlı qanunamüvafiq qərarlar qəbul olunub.

Müraciətlərin tərkibində faktiki şikayətlərin sayı 1 402 olub və əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13 % azalıb.

Həll edilmiş şikayətlərin 70,8 %-i kameral vergi yoxlaması, 4 %-i vergi borcu, 3,8 %-i sosial sığorta ödənişləri, 2,2 %-i vergi ödəyicisinin qeydiyyatı, 1,4 %-i maliyyə sanksiyalarının silinməsi, 1,2 %-i artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyaların qaytarılması və əvəzləşdirilməsi, 1 %-i şəxsi hesab vərəqələri, 15,6 %-i isə digər məsələlər ilə bağlı olub.

Hesabat dövründə Dövlət Vergi Xidmətinin Aparatında müvafiq vəzifəli şəxslər tərəfindən ümumilikdə 69, o cümlədən şəhid ailəsi və müharibə iştirakçısı olan 5 vətəndaşın qəbulu təşkil edilib. Qəbul zamanı hər bir müraciətə fərdi qaydada yanaşılıb, qanuni tələblərin müsbət həlli üçün lazımi tədbirlər görülüb, həlli imkan xaricində olan məsələlərlə bağlı qanunamüvafiq izahatlar verilib.

Son xəbərlər

Orphus sistemi