Vergilər Nazirliyi vergi ödəyicilərinin ittihamlarını cavablandırıb

Vergilər Nazirliyi vergi ödəyicilərinin ittihamlarını cavablandırıb Nazirlik rəsmiləri deyib ki, problemin aradan qaldırılması üçün işlər aparılır
Biznes
14 Aprel , 2017 16:43
Vergilər Nazirliyi vergi ödəyicilərinin ittihamlarını cavablandırıb

Bakı. 14 aprel. REPORT.AZ/ "Vergi hesabatlarının təqdim olunma dövrü ilə əlaqədar, eləcə də Bakı şəhərində ticarət festivalının təşkili ilə bağlı Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə daxil olan zənglərin sayında ciddi artım müşahidə olunur". Bunu "Report"a vergi ödəyicilərinin Çağrı Mərkəzinə edilən zənglərin cavablandırilmaması ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirən Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən bildirilib.

Nazirlik rəsmiləri deyib ki, problemin aradan qaldırılması üçün işlər aparılır: "Verilən sualların operativ cavablandırılması məqsədilə hazırda Çağrı Mərkəzinin işçi heyətinin sayının artırılması istiqamətində müvafiq tədbirlər görülür".

Son xəbərlər

Orphus sistemi