Vergilər Nazirliyi test imtahanın tarixini dəyişdi

Vergilər Nazirliyi test imtahanın tarixini dəyişdi Vergilər Nazirliyi ölkədə kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması ilə əlaqədar dövlət vergi orqanlarına işə qəbul prosesinin tarixlərində müəyyən dəyişikliklər edilib.
Biznes
255
12 Mart , 2020 11:55
Vergilər Nazirliyi test imtahanın tarixini dəyişdi

Vergilər Nazirliyi ölkədə kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması ilə əlaqədar dövlət vergi orqanlarına işə qəbul prosesinin tarixlərində müəyyən dəyişikliklər edilib.

“Report” bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, işə qəbulla bağlı müsabiqənin test imtahanı mərhələsi bu il aprelin 25-də Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi yerdə və vaxtda keçiriləcək. Bununla əlaqədar müsabiqəyə sənəd qəbulunun vaxtı da uzadılıb və Vergilər Nazirliyinin saytında yerləşdirilmiş elektron ərizə vasitəsilə aprelin 3-də saat 24:00-dək həyata keçiriləcək.

Müsabiqə və test imtahanlarının keçirilməsi ilə bağlı müəyyən edilmiş digər zəruri tələblərə və tarixlərə edilmiş dəyişikliklər barədə ətraflı məlumatı Vergilər Nazirliyinin rəsmi internet saytında yerləşdirilmiş elan vasitəsilə əldə etmək mümkündür.

Son xəbərlər

Orphus sistemi