Vergilər Nazirliyi: Azərbaycan üçün 75 min POS-terminal yetərlidir

Vergilər Nazirliyi: Azərbaycan üçün 75 min POS-terminal yetərlidir Nazir müavini Sahib Ələkbərov: "Əgər əlavə POS-terminallara ehtiyac yaranarsa, bu, təmin olunacaq"
Biznes
29 Dekabr , 2016 12:02
Vergilər Nazirliyi: Azərbaycan üçün 75 min POS-terminal yetərlidir

Bakı. 29 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan əhalisində 5 mln.-dan artıq plastik bank kartları var. Bu isə nağdsız ödənişlərin həyata keçirilməsinə şərait yaradır. "Report" xəbər verir ki, bunu jurnalistlərə vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərovun sözlərinə görə, əgər əlavə POS-terminalların quraşdırılması lazım olarsa, Nazirlik bunu təmin edəcək: "Bu gün ölkə üzrə 75 mindən artıq POS-terminal var. Banklarda baş verən proseslər POS-terminalların sayını azaldıb. Məncə, bu, kifayətdir. Əgər əlavə POS-terminallara ehtiyac yaranarsa, Vergilər Nazirliyi bunu təmin edə bilər".

Son xəbərlər

Orphus sistemi