Vergilər naziri: “Vergilər Nazirliyi bu il “kölgə iqtisadiyyatı”nın həcmini azaltmağı hədəfləyib

Vergilər naziri: “Vergilər Nazirliyi bu il “kölgə iqtisadiyyatı”nın həcmini azaltmağı hədəfləyib “Prezident İlham Əliyev “kölgə iqtisadiyyatı”nı böyük bəla adlandırıb”.
Biznes
176
13 Sentyabr , 2019 10:34

“Prezident İlham Əliyev “kölgə iqtisadiyyatı”nı böyük bəla adlandırıb”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən "Kölgə İqtisadiyyatına Qarşı Mübarizə - İqtisadi İnkişafın Mühüm Amili kimi" adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, “kölgə iqtisadiyyatı” xarici investorların hər hansı bir ölkəyə sərmayə yatırmaqdan çəkindirən üç əsas amil sırasına daxildi: “Vergilər Nazirliyi bu il “kölgə iqtisadiyyatı”nın həcmini azaltmağı hədəfləyib: "Gəlirlərini tam şəffaf bəyan etmək istəməyənlər az deyil. Bəzən onların səsi gur çıxır. Amma, bu, müvəqqəti haldır. Qanun qarşısında hamı bərabərdir. Bu, həm yerli, həm də xarici investorlar üçün vacib şərtdir".

Son xəbərlər

Orphus sistemi