Vergi rəsmisi: "8 ayda könüllü əməletmənin səviyyəsi ümumi daxilolmalarda 95 %-dən çox olub"

Biznes
  • 27 oktyabr, 2023
  • 13:11
Vergi rəsmisi: 8 ayda könüllü əməletmənin səviyyəsi ümumi daxilolmalarda 95 %-dən çox olub

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın vergi daxilolmalarında könüllü əməletmənin səviyyəsi 95 %-dən çox olub.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət baş idarəsinin rəisi Elşən Rəhimli bildirib.

O, bu barədə təmsil etdiyi qurumun və Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) birgə təşkilatçılığı ilə “Vergi şəffaflığı: nailiyyətlər və çağırışlar” mövzusunda keçirilmiş birgə vergi konfransında danışıb.

E.Rəhimli “kölgə iqtisadiyyatı”nın azalması istiqamətində əldə olunan nailiyyətlər barədə bəhs edib, iqtisadiyyatda şəffaflaşma indikatorları üzrə müşahidə olunan göstəricilər, qeyri-neft sektorunda nominal artım templəri, dövriyyələrin səviyyəsində, eləcə də aktiv vergi ödəyicilərinin və əmək müqavilələrinin sayında artım dinamikasını vurğulayıb.

44 filmi