Vergi Məcəlləsinə yeni dəyişikliklər ictimaiyyətə açıqlanmayıb

Vergi Məcəlləsinə yeni dəyişikliklər ictimaiyyətə açıqlanmayıb Bunu "PwC Azerbaijan"ın vergi məsələləri üzrə direktoru deyib
Biznes
30 Noyabr , 2016 15:38
Vergi Məcəlləsinə yeni dəyişikliklər ictimaiyyətə açıqlanmayıb

Bakı. 30 noyabr. REPORT.AZ/ "Təəssüf olsun ki, Vergi Məcəlləsinə edilən son dəyişiklik ictimaiyyətə açıqlanmayıb. Məlumat, şayiələr var ki, Vergilər Nazirliyi inzibatçılığı sərtləşdirir". 

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevin 4 avqust tarixli sərəncamına uyğun olaraq Vergilər Nazirliyinin hökumətə verdiyi təkliflərlə bağlı yayılan məlumatlara aydınlıq gətirən "PwC Azerbaijan" şirkətinin vergi məsələləri üzrə direktoru Arif Quliyev deyib.

A.Quliyevin sözlərinə görə, nazirliyin inzibatçılığı sərtləşdirməsi ilə bağlı yayılan məlumatlara müxtəlif kontekstdən yanaşmaq olar: "Hətta şayiələr yayılır ki, bu təkliflər yalnız Prezidentin sərənacamının yerinə yetirilməsi üçün "qaloçka"ların qoyulmasıdır. Amma düşünürəm ki, inzibatçılığın sərtləşdirilməsi məsələsinə fərqli kontekstdən baxmaq olar. Əgər bu, vergidən yayınmalara qarşı sərtləşmədirsə, yaxşı haldır, yox, əgər bu, biznesin inkişafına mane olacaqsa, pis sərtləşmədir".

Son xəbərlər

Orphus sistemi