Uşaqlar üçün qida və geyim idxalına ƏDV-nin azaldılması imkanları açıqlanıb

Uşaqlar üçün qida və geyim idxalına ƏDV-nin azaldılması imkanları açıqlanıb “Azərbaycana uşaqlar üçün qida və geyimin idxalına tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) azaıdılması məsələsi gündəlikdə olan məsələ kimi dəfələrlə müzakirə olunub”.
Biznes
17 Noyabr , 2021 16:06
Uşaqlar üçün qida və geyim idxalına ƏDV-nin azaldılması imkanları açıqlanıb

“Azərbaycana uşaqlar üçün qida və geyimin idxalına tətbiq olunan əlavə dəyər vergisinin (ƏDV) azaıdılması məsələsi gündəlikdə olan məsələ kimi dəfələrlə müzakirə olunub”.

“Report”un xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Mili Məclisin bu gün keçirilən plenar iclasında – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında qanun layihəsinin birinci oxunuşda müzakirəsində deyib.

“Biz əvvəllər də bununla bağlı məlumat vermişdik. Təəssüf ki, hələ ölkəyə bu məhsulların idxalı zamanı və sonrakı satışı zamanı məhsulların adbaad, növbənöv bütün kateriqoriyalar üzrə sənədləşməsinin uçotunu məsafədən izləmək imkanı yoxdur. Odur ki, qanunun verəcəyi imkanlardan sui-istifadə hallarının baş verməməsi üçün sahibkarların müvafiq infrastrukturunun qurulması işlərini yekunlaşdırmasını gözləyirik. Bundan sonra bu cür məhsullara xüsusi yanaşmanın tətbiqi müzakirə oluna bilər”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi