Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 85-ci sessiyası keçirilir

Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 85-ci sessiyası keçirilir Dekabrın 13-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 85-ci sessiyası video-konfrans formatında öz işinə başlayıb.
Biznes
14 Dekabr , 2021 17:16
Ümumdünya Gömrük Təşkilatı Siyasi Komissiyasının 85-ci sessiyası keçirilir

Dekabrın 13-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Siyasi Komissiyasının 85-ci sessiyası video-konfrans formatında öz işinə başlayıb.

"Report"un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, iclasda ÜGT-nin baş katibi Kunio Mikuriya, ÜGT Şurasının sədri Əhməd Əl Xəlifə, Siyasi Komissiyanın 24 üzv dövlətlərinin nümayəndələri iştirak edib.

Sessiyada Siyasi Komissiyanın üzvü olan ölkəmizi DGK adından Komitə sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov təmsil edib.

Sessiyanın gündəliyi qəbul edildikdən sonra ÜGT Şurasının sədri Əhməd Əl Xəlifənin məruzəsi dinlənilib. Daha sonra ÜGT baş katibi Kunio Mikuriya Strateji planın tətbiqi üzrə tərəqqi hesabatını təqdim edib. Sessiyanın ilk günündə özəl sektor məşvərət qrupunun hesabatı, fəaliyyətin qiymətləndirilməsi, gender bərabərliyi və müxtəlifliyi, müəyyən edilmiş risklər üzrə Audit Komitəsinin hesabatları dinlənilib.

3 gün davam edəcək sessiya çərçivəsində ÜGT-nin prioritetləri, 2022-2025-ci illər üzrə strateji planı, biznesin davamlılığı, alternativ maliyyə mənbələri üzrə müqayisəli təhlil və digər məsələlər müzakirə olunacaq, növbəti sessiyanın vaxtı və yeri müəyyənləşdiriləcək.

Siyasi Komissiya ÜGT-nin siyasətinə dair tövsiyələri və stratej planını hazırlayan orqandır və DGK bu ilin iyun ayından etibarən Siyasi Komissiyanın 24 üzvündən biridir.

Son xəbərlər

Orphus sistemi