Ukraynalı sahibkarlarla Qarabağda infrastrukturun inkişafı müzakirə edilib

Ukraynalı sahibkarlarla Qarabağda infrastrukturun inkişafı müzakirə edilib Ukraynalı sahibkarların Azərbaycana səfəri çərçivəsində bu gün Azərbaycan -Ukrayna İşgüzar Şurasının növbəti biznes-görüşü baş tutub.
Biznes
28 Oktyabr , 2021 17:26
Ukraynalı sahibkarlarla Qarabağda infrastrukturun inkişafı müzakirə edilib

Ukraynalı sahibkarların Azərbaycana səfəri çərçivəsində bu gün Azərbaycan -Ukrayna İşgüzar Şurasının növbəti biznes-görüşü baş tutub.

Bu barədə “Report” Ukraynanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir .

Məlumata görə, bugünkü tədbirdə əsas diqqət aqrosənaye kompleksinin, meliorasiya, infrastruktur obyektlərinin tikintisi və energetika sahələrində ikitərəfli əməkdaşlığın inkişafı məsələlərinə yönəlib. Görüş gedişatında, həmçinin, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması və infrastrukturunun inkişafı ilə bağlı təkliflər də müzakirə olunub.

Ukraynalı sahibkarların Azərbaycana səfərinin məqsədi həm də Azərbaycan biznes assosiasiyalarının və dövlət orqanlarının nümayəndələri ilə ayrı-ayrılıqda görüşlərin keçirilməsi olub.

Son xəbərlər

Orphus sistemi