Ukraynadan “İpək yolu” ilə yük daşınması bu il reallaşa bilər

Ukraynadan “İpək yolu” ilə yük daşınması bu il reallaşa bilər Bakı. 31 oktyabr. REPORT.AZ/ Çin Ukrayna ərazisindən keçməklə Avropaya dəmir yolu ilə yük daşınması xəttinə razılaşıb. Yeni “İpək yolu” ilə ilk qatar bu ilin sonunda, gələn ilin əvvlində hərəkət edə bilər.
Biznes
31 Oktyabr , 2017 19:44
Ukraynadan “İpək yolu” ilə yük daşınması bu il reallaşa bilər

Bakı. 31 oktyabr. REPORT.AZ/ Çin Ukrayna ərazisindən keçməklə Avropaya dəmir yolu ilə yük daşınması xəttinə razılaşıb. Yeni “İpək yolu” ilə ilk qatar bu ilin sonunda, gələn ilin əvvlində hərəkət edə bilər.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukraynanın dövlət ehtiyatları agentliyi məlumat yayıb. 

"Çin tərəfi qatarların ölkənin Çjençjou şəhərindən Slovakiya, Polşa, Macarıstana gedən yeni hərəkət istiqamətini razılaşdırıb. Qatarlar Ukrayna ərazisindən keçməklə hərəkət edəcəklər. Bu, Ukrayna üçün böyük və önəmli layihənin başlanğıcıdır. Hazırda qatarların yalnız tranzit keçidindən söhbət gedir. Sonrakı mərhələdə layihənin genişləndirilməsi və Ukraynanın qida məhsullarının, o cümlədən un, konfet, araq və yağın Çinə ixracı mümkün ola bilər", - deyə məlumatda qeyd edilib. 

Son xəbərlər

Orphus sistemi