Ukrayna və Belarus gömrükçüləri Azərbaycanın cənub sərhədinə səfər ediblər

Ukrayna və Belarus gömrükçüləri Azərbaycanın cənub sərhədinə səfər ediblər Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Ukrayna və Belarusun gömrük xidmətlərinin nümayəndə heyətləri Biləsuvar Gömrük İdarəsinə səfər ediblər.
Biznes
6 Fevral , 2018 16:37
Ukrayna və Belarus gömrükçüləri Azərbaycanın cənub sərhədinə səfər ediblər
Customs.gov.az/

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Ukrayna və Belarusun gömrük xidmətlərinin nümayəndə heyətləri Biləsuvar Gömrük İdarəsinə səfər ediblər.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.

Məlumata görə, İranla sərhəddə yerləşən "Qoşa Təpə" gömrük postunda iş şəraiti ilə tanış olan nümayəndə heyətinin üzvlərinə burada "bir pəncərə" sisteminin məqsədi və prinsipləri barədə məlumat verilərək bildirilib ki, bu tətbiq mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesini ən qısa zaman ərzində başa vurmağa imkan verir.

Qeyd edək ki, adıçəkilən ölkələrin gömrük xidmətlərinin nümayəndələri Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) tərəfindən həyata keçirilən "Ukrayna və Belarus sərhədindəki Novaya Quta-Novıye Yarıloviçi sərhəd keçid məntəqəsinin avtomatlaşdırılmış intellektual videomüşahidə sisteminin təşkil edilməsi Layihəsi" çərçivəsində Azərbaycanda səfərdədirlər.

Son xəbərlər

Orphus sistemi