Ukrayna və Azərbaycan arasında yeni layihələrə start verilir

Ukrayna və Azərbaycan arasında yeni layihələrə start verilir Ukrayna-Azərbaycan Biznes Assosiasiyası “Терези” və Nazirlər Kabineti yanında İnvestisiyaların Təşviqi Ofisi (UkraineInvest) Ukraynaya sərmayələrin cəlb olunması sahəsində fəal qarşılıqlı fəaliyyətə yönəldilən Əməkdaşlıq Memorandumu imzalayıb.
Biznes
122
26 Avqust , 2021 18:19
Ukrayna və Azərbaycan arasında yeni layihələrə start verilir

Ukrayna-Azərbaycan Biznes Assosiasiyası “Терези” və Nazirlər Kabineti yanında İnvestisiyaların Təşviqi Ofisi (UkraineInvest) Ukraynaya sərmayələrin cəlb olunması sahəsində qarşılıqlı fəaliyyətə yönəldilən Əməkdaşlıq Memorandumu imzalayıb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Memorandum ilk növbədə tərəflər arasında birbaşa investisiyaların cəlb olunması və qabaqcıl təcrübə mübadiləsi istiqamətində əməkdaşlığın möhkəmləndirilməsi üçün nəzərdə tutulub.

Tərəflər investisiya mühitinin və iki ölkə arasında işgüzar münasibətlərin yaxşılaşdırılması məqsədilə birgə tədbirlərin təşkilində qarşılıqlı dəstəyi Memorandumun həyata keçirilməsi mərhələlərindən biri olaraq müəyyən edib.

Müstəqil məşvərətçi orqan kimi "UkraineInvest"in məqsədi Ukraynaya birbaşa xarici investisiyalara və investorlar üçün təhlükəsiz və cəlbedici ölkə imicinin yaradılmasına dəstək göstərilməsidir. “Терези”nin fəaliyyəti Ukrayna və Azərbaycan arasında iqtisadi və sahibkarlıq əlaqələrinin inkişafı və ixrac-idxal əlaqələrinin qurulmasına yönəldilib.

Tədbirdə bildirilib ki, Memorandumun imzalanması yalnız tərəflər üçün deyil, Ukrayna və Azərbaycanın bütün biznes nümayəndələri üçün də vacib addımdır, yeni layihələr üçün başlanğıcdır. Onlar hərtərəfli dəstək, yeni bazarlara çıxış imkanı əldə edəcək. Bu əməkdaşlıq Ukrayna iqtisadiyyatına böyük üstünlüklər qazandıracaq.

Memoronduma Viktoriya Karp və Sergey Çivkaç imza atıblar. Qeyd edək ki, Assosiasiyanın rəhbəri tanınmış azərbaycanlı fəal Cəlal Hüseynovdur.

Son xəbərlər

Orphus sistemi