Türkiyədən Ukraynanın Nikolayev və Dnipro şəhərlərində idxal edilmiş 38 ton pomidor geri qaytarılıb.
“Report” türk mətbuatına istinadən xəbər verir ki, bununla bağlı qərarı Ukraynanın Dövlət Qida Təhlükəsizliyi və İstehlakçıları Qoruma Xidməti qəbul edib.
Qurumun apardığı yoxlama nəticəsində həmin pomidorlarda Cənubi Afrika güvəsi aşkar edilib.
Xatırladaq ki, Ukrayna bu ilin aprel ayında isə Türkiyə istehsalı olan 15 ton pomidoru geru qaytarıb və qarşı tərəfə standartlara uyğun olmayan məhsulların ixrac edilməməsi barədə yazılı xəbərdarlıq edib.