Ukrayna martda Azərbaycandan neft bitumu idxalını 3 dəfə artırıb

Biznes
  • 16 may, 2022
  • 10:57
Ukrayna martda Azərbaycandan neft bitumu idxalını 3 dəfə artırıb

Bu ilin ilk 3 ayı ərzində Azərbaycandan xaricə 7,89 milyon ABŞ dolları dəyərində 33 min 738 ton neft bitumu göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 69 %, kəmiyyət olaraq – 22 % çoxdur.

Hesabat dövründə Türkiyəyə 4,18 milyon ABŞ dolları dəyərində 18 min 161 ton, Gürcüstana 2,39 milyon ABŞ dolları dəyərində 9 min 577 ton, Ukraynaya 511,58 min ABŞ dolları dəyərində 2 min 507 ton, Türkmənistana 439,91 min ABŞ dolları dəyərində 1 min 999 ton, Özbəkistana 328,31 min ABŞ dolları dəyərində 1 min 492 ton məhsul ixrac edilib.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Türkiyəyə tədarük müvafiq olaraq 4,3 dəfə və 3,1 dəfə artıb, Gürcüstana – 68,1 % və 14,3 % artıb, Ukraynaya – 6,4 % artıb və 17,7 % azalıb, Türkmənistana – 75 % və 80,6 % azalıb, Özbəkistana – 30 dəfə və 23 dəfə artıb.

Bu ilin martında Azərbaycan Türkiyəyə 7 min 020 ton, Gürcüstana 2 min 191 ton, Ukraynaya 1 min 141 ton, Türkmənistana 1 min 999 ton, Özbəkistana 505 ton neft bitumu satıb. Əvvəlki ayla müqayisədə martda Türkiyəyə idxal 21,5 % azalıb, Gürcüstana – 61,6 % azalıb, Ukraynaya – 3 dəfə artıb, Özbəkistana – 48,9 % azalıb.