Martda əsas tədarük bazarımız olan Ukraynadan dondurulmuş toyuq əti idxalı 11 dəfə azalıb
- 16 may, 2022
- 08:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan 2022-ci ilin yanvar-mart aylarında 8,924 milyon ABŞ dolları dəyərində 6 min 300 ton dondurulmuş toyuq əti idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 58,8 %, kəmiyyət olaraq – 37,1 % çoxdur.
Hesabat dövründə Ukraynadan 6,02 milyon ABŞ dolları dəyərində 4 min 581 ton, Rusiyadan 1,909 milyon ABŞ dolları dəyərində 995,23 ton, Belarusdan 814,21 min ABŞ dolları dəyərində 595,32 ton, Gürcüstandan 156,47 min ABŞ dolları dəyərində 102,98 ton, Moldovadan 20,24 min ABŞ dolları dəyərində 24 ton və Türkiyədən 4,31 min ABŞ dolları dəyərində 1,76 ton məhsul alınıb.
2021-ci ilin analoji dövrü ilə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 45,3 % və 30,5 % artıb, Rusiyadan – 3,3 dəfə və 2,1 dəfə artıb, Belarusdan – 4,2 % və 20,9% artıb, Gürcüstandan – 2,8 dəfə və 2,6 dəfə artıb, Moldovadan – 68,8 % və 66,1 % azalıb, Türkiyədən – 0,2 % artıb və 10,3 % azalıb.
Qeyd edək ki, ötən il ərzində Azərbaycanın xaricdən (7 ölkə) aldığı 27,8 min ton dondurulmuş toyuq ətinin 75 %-i Ukraynanın, 15 %-i Rusiyanın payına düşüb. Bu ilin martında Ukraynadan 264 ton, Rusiyadan 492 ton, Belarusdan 357 ton, Gürcüstandan 42 ton dondurulmuş toyuq əti idxal edilib. Qalan iki ölkədən tədarük olmayıb. Əvvəlki ayla müqayisədə Ukraynadan idxal martda 11 dəfə azalıb, Rusiyadan – 4,4 dəfə artıb, Belarusdan – 2,6 dəfə artıb, Gürcüstandan – 3,7 % artıb.