Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası yanvarda keçiriləcək

Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası yanvarda keçiriləcək Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası 2020-ci ilin yanvar ayında Kiyevdə keçiriləcək.
Biznes
17 Dekabr , 2019 16:50
Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası yanvarda keçiriləcək

Ukrayna-Azərbaycan Hökumətlərarası Komissiyasının iclası 2020-ci ilin yanvar ayında Kiyevdə keçiriləcək.

"Report" Ukrayna prezidenti Vladimir Zelenskinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, o, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıdakı görüşdən sonra deyib.

"Düşünürəm ki, bu görüşdən sonra konkret keyslər, konkret müddətləri olan investisiyalar olacaq", - o deyib.

V.Zelenskinin sözlərinə görə, kosmik, aviasiya sənayesində, o cümlədən təyyarə inşasında birgə layihələrə xüsusi diqqət yetirilib.

Tərəflər həmçinin təhsil, mədəniyyət və humanitar məsələlərdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi