ÜGT-nin baş katibinə “Dostluq” ordeni və yubiley medalı təqdim edilib

ÜGT-nin baş katibinə “Dostluq” ordeni və yubiley medalı təqdim edilib Ümümdünya Gömrük Təkilatının (ÜGT) baş katibi Kunio Mikuriya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.
Biznes
30 Yanvar , 2022 10:35
ÜGT-nin baş katibinə “Dostluq” ordeni və yubiley medalı təqdim edilib

Ümumdünya Gömrük Təkilatının (ÜGT) baş katibi Kunio Mikuriya Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Dostluq” ordeni təqdim olunub.

"Report" xəbər verir ki, ordeni K.Mikuriyaya Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev təqdim edib.

ÜGT-nin baş katibi həmçinin Azərbaycan dövlət gömrük xidmətinin yaranmasının 30 illiyi ilə bağlı yubiley medalı ilə də təltif olunub.

Bundan başqa, Azərbaycan gömrük xidmətinin yaranmasının 30 illiyi və gömrük əməkdaşlarının peşə bayramı münasibəti ilə keçirilən tədbirin sonunda fəaliyyətində fərqlənən Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşları medallarla təltif olunublar.

Tədbirin sonunda, hər il olduğu ki, ölkə gömrükçülərinin Azərbaycan Prezidentinə müraciəti qəbul edilib.

Son xəbərlər

Orphus sistemi