Türkiyənin tekstil şirkəti Azərbaycanda tərəfdaş axtarır

Türkiyənin tekstil şirkəti Azərbaycanda tərəfdaş axtarır Şirkət hərbi geyimlərin istehsalı ilə məşğul olur
Biznes
19 Sentyabr , 2015 13:01
Türkiyənin tekstil şirkəti Azərbaycanda tərəfdaş axtarır

Bakı. 19 sentyabr. REPORT.AZ/ Türkiyənin “Raff Militari Tekstil” şirkəti Azərbaycandakı iş adamları ilə əməkdaşlıq əlaqələri yaratmaq niyyətindədir.

“Report” xəbər verir ki, şirkətin müraciəti ilə əlaqədar Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (Azpromo) məlumat yayıb.

Qeyd edək ki, şirkət hərbi geyimlərin istehsalı ilə məşğul olur. Əməkdaşlıq etmək istəyən azərbaycanlı iş adamları Fonda müraciət edə bilərlər.

Son xəbərlər

Orphus sistemi