Türkiyənin Azərbaycana ixracı sentyabrda 6 % azalıb

Biznes
  • 04 oktyabr, 2023
  • 11:30
Türkiyənin Azərbaycana ixracı sentyabrda 6 % azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 620,374 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 % çoxdur.

Təkcə sentyabrda isə Türkiyənin Azərbaycana ixracının dəyəri 189,635 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 6,3 % azdır.

Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 3,3 % azalaraq 163 milyard 181,293 milyon ABŞ dollarına düşüb. 9 ay ərzində Türkiyədən ən çox ixrac 13 milyard 977 milyon ABŞ dolları olmaqla Almaniyaya (1,9 % az), 9 milyard 6 milyon ABŞ dolları olmaqla ABŞ-a (16,8 % az) və 8 milyard 563 milyon ABŞ dolları olmaqla İtaliyaya (1,9 % çox) həyata keçirilib.

44 - Tezliklə