Türkiyənin Azərbaycana ixracı 5 %-dən çox artıb

Biznes
  • 03 avqust, 2023
  • 10:34
Türkiyənin Azərbaycana ixracı 5 %-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 1 254,491 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.

Təkcə iyul ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 168,21 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 11,4 % çoxdur.

Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 3,7 % azalaraq 125,205 milyard ABŞ dollarına düşüb. 7 ay ərzində Türkiyədən ən çox ixrac 10 milyard 933 milyon ABŞ dolları olmaqla Almaniyaya (1,6 % az), 6 milyard 995 milyon ABŞ dolları olmaqla ABŞ-a (17,3 % az) və 6 milyard 608 milyon dolları olmaqla İtaliyaya (1,8 % az) həyata keçirilib.

44 filmi