Türkiyənin Azərbaycana ixracı 3 %-dən çox artıb
- 04 sentyabr, 2023
- 07:06
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 1 milyard 430,904 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 3,4 % çoxdur.
Təkcə avqust ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 176,731 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 8,4 % azdır.
Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 3,4 % azalaraq 143,750 milyard ABŞ dollarına düşüb. 8 ay ərzində Türkiyədən ən çox ixrac 12 milyard 441 milyon ABŞ dolları olmaqla Almaniyaya (1,3 % az), 8 milyard 091 milyon ABŞ dolları olmaqla ABŞ-a (17,1 % az) və 7 milyard 601 milyon ABŞ dolları olmaqla İtaliyaya (0,8 % çox) həyata keçirilib.