Türkiyənin Azərbaycana ixracı 19 % artıb
- 02 mart, 2023
- 09:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Türkiyədən 365,812 milyon ABŞ dollarlıq əmtəə və xidmət idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinin hesabatına istinadən xəbər verir ki, bu, illik müqayisədə 18,9 % çoxdur.
Fevral ayında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 194,64 milyon ABŞ dolları təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 15,3 % çoxdur.
Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 2,4 % azalaraq 33,462 milyard ABŞ dollarına çatıb.
2 ay ərzində Türkiyədən ən çox ixrac 3 milyard 105 milyon ABŞ dolları olmaqla Almaniyaya (il ərzində 0,1 % azalıb), 1 milyard 896 milyon ABŞ dolları olmaqla ABŞ-a (13,2 % azalıb) və 1 milyard 775 milyon ABŞ dolları olmaqla İtaliyaya (8,2 % azalıb) həyata keçirilib.`