Türkiyəli nazir: “Azərbaycanla ticarətin dəyəri 15 milyard dollara çatdırılmalıdır”

Türkiyəli nazir: “Azərbaycanla ticarətin dəyəri 15 milyard dollara çatdırılmalıdır” “Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard ABŞ dolları civarında olub. Bu rəqəm bizi qane etmir və artırılmalıdır”.
Biznes
15 Noyabr , 2021 11:14
Türkiyəli nazir: “Azərbaycanla ticarətin dəyəri 15 milyard dollara çatdırılmalıdır”
Nureddin Nebati

“Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin dəyəri 3 milyard ABŞ dolları civarında olub. Bu rəqəm bizi qane etmir və artırılmalıdır”.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum – IBF) Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati deyib.

“Türkiyə İtaliyadan sonra Azərbaycanın məhsullarını ixrac etdiyi 2-ci ölkə, investisiya yatırdığı isə 1-ci ölkədir. Bu prosesdə Dövlət Neft Şirkətinin (SOCAR) rolu böyükdür. İki ölkə arasında ticarət dövriyyəsinin dəyəri 15 milyard dollara çatmalıdır. Bunun üçün bütün problemlər aradan qaldırılmalıdır. 15-ə yaxın məhsulun gömrük rüsumlarından azad edilməsi qarşılılqlı ticarətin artırılmasına müsbət təsir edəcək”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi