Türkiyədən Azərbaycana tütün ixracı 7 dəfəyədək artıb

Biznes
  • 09 avqust, 2023
  • 08:00
Türkiyədən Azərbaycana tütün ixracı 7 dəfəyədək artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 26 milyon 653 min ABŞ dolları dəyərində tütün idxal edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 6,8 dəfə (580,2 %) çoxdur.

Həmçinin cari ilin iyul ayında Türkiyədən Azərbaycana 392 min ABŞ dolları dəyərində tütün gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 85,8 % azdır.

44 filmi