Türkiyədən Azərbaycana palma yağı tədarükü bərpa edilib

Biznes
  • 23 sentyabr, 2022
  • 05:48
Türkiyədən Azərbaycana palma yağı tədarükü bərpa edilib

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 59,307 milyon ABŞ dolları dəyərində 36 min 660 ton palma yağı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 67,7 %, kəmiyyət olaraq – 25 % çoxdur.

Hesabat dövründə İndoneziyadan 53,355 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,4 dəfə çoxdur) 33 min 344 ton (+68,5 %), Malayziyadan 5,941 milyon ABŞ dolları dəyərində (-53 %) 3 min 312 ton (-65,1 %), Türkiyədən 8,84 min ABŞ dolları dəyərində 3,44 ton və Almaniyadan 0,42 min ABŞ dolları dəyərində (-60,4 %) 0,03 ton (-50 %) yağ alınıb.

Üç illik fasilənin ardından Türkiyədən tədarük bərpa edilib.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın idxal etdiyi (5 ölkədən) 50,56 min ton palma yağının 60,72 %-i İndoneziyanın, 38,7 %-i Malayziyanın payına düşüb.

44 filmi