Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 19 % azalıb
- 21 avqust, 2023
- 06:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-iyul aylarında Azərbaycan vətəndaşlarının iştirakı ilə Türkiyədə 151 şirkət yaradılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 % azdır.
“Report” bu barədə "Türkiyə Odalar və Birjalar Birliyi"nə (TOBB) istinadən xəbər verir.
Məlumata görə, bu il yaradılmış şirkətlərin 27-si (illik müqayisədə 10 % az) səhmdar cəmiyyət (SC), 124-ü isə ( 21 % az) məhdud məsuliyyətli cəmiyyət (MMC) formasındadır.
Hesabat dövründə yaradılmış şirkətlərin ümumi kapitalı 167,13 milyon türk lirəsi (6,685 milyon ABŞ dolları) olub ki, bu da 1 il əvvələ nisbətən 70,9 % çoxdur. Bunun 91,4 %-ni və yaxud 152,703 milyon türk lirəsini (6,108 milyon ABŞ dolları; 2 dəfə çox) sırf Azərbaycan vətəndaşları təmin edib.
Təkcə bu ilin iyul ayında isə Azərbaycan vətəndaşları Türkiyədə 21 şirkət (illik müqayisədə 22,2 % az) yaradıb. Şirkətlərin 6-sı SC (eyni), 15-i MMC (28,6 % az) olub. Ümumi kapitalı 11,41 milyon türk lirəsi (0,456 milyon ABŞ dolları; 39,9 % az) olan ortaq şirkətlərin kapitalının 80,5 %-i və ya 9,19 milyon türk lirəsi (0,368 milyon ABŞ dolları; 49,1 % az) azərbaycanlılara məxsus olub.
1 lirə = 0,04 ABŞ dolları