Türkiyədə fəaliyyətini dayandıran şirkətlərin sayı azalıb

Türkiyədə fəaliyyətini dayandıran şirkətlərin sayı azalıb Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Türkiyədə 5 536 şirkət yaradılıb, 574 şirkət isə ləğv edilib.
Biznes
21 Sentyabr , 2018 17:39
Türkiyədə fəaliyyətini dayandıran şirkətlərin sayı azalıb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu ilin avqust ayında Türkiyədə 5 536 şirkət yaradılıb, 574 şirkət isə ləğv edilib. 

"Report" türk mətbuatına istinadən xəbər verir ki, bu, iyul ayı ilə müqayisədə müvafiq olaraq 19,9% və 5% azdır. 

Ötən ilin avqust ayına nisbətən isə yeni yaradılan şirkətlərin sayı 17,4%, bağlanan şirkətlərin sayı isə 28,9% azalıb. 

Bu il yanvar-avqust aylarında isə yeni yaradılan şirkətlərin sayı illik müqayisədə 21,65% çox, ləğv edilən şirkətlərin sayı isə 12,3% az olub. 

Son xəbərlər

Orphus sistemi