Türkiyə vətəndaşlığı almaq üçün investisiya limiti azaldılıb

Türkiyə vətəndaşlığı almaq üçün investisiya limiti azaldılıb Bakı. 19 sentyabr. REPORT.AZ/ Türkiyə vətəndaşlığı almaq üçün müəyyən edilmiş investisiya limiti kəskin azaldılıb.
Biznes
19 Sentyabr , 2018 09:56
Türkiyə vətəndaşlığı almaq üçün investisiya limiti azaldılıb
0 : 00
0 : 00

Bakı. 19 sentyabr. REPORT.AZ/ Türkiyə vətəndaşlığı almaq üçün müəyyən edilmiş investisiya limiti kəskin azaldılıb. 

Bu barədə "Report" Türkiyə mətbuatına istinadən xəbər verir. 

Məlumata görə, əgər indiyə qədər Türkiyədə 1 mln. ABŞ dolları dəyərində daşınmaz əmlak alan əcnəbilərə vətəndaşlıq verilirdisə, hazırda sözügedən məbləğ 250 min dollardır. 

Bundan başqa, qonşu ölkədə investisiya limiti biznes qurub vətəndaşlıq almaq istəyənlər üçün 2 mln. dollardan 500 min dollara, yerli banklara depozit yerləşdirib vətəndaşlıq almaq istəyənlər üçün isə 3 mln. dollardan 500 min dollara endirilib. 

Son xəbərlər

Orphus sistemi