Türkiyə və Azərbaycan üçüncü ölkələrə birgə sərmayə yatırımları imkanlarını araşdırır

Türkiyə və Azərbaycan üçüncü ölkələrə birgə sərmayə yatırımları imkanlarını araşdırır Səfir: "Bu ilin sonunda Azərbaycanda aparılan islahatların müzakirəsi nəzərdə tutulub"
Biznes
2485
5 Avqust , 2016 12:33
Türkiyə və Azərbaycan üçüncü ölkələrə birgə sərmayə yatırımları imkanlarını araşdırır

Bakı. 5 avqust. REPORT.AZ/ Türkiyə və Azərbaycanın iş adamları üçüncü ölkələrə birgə sərmayə qoyuluşu imkanlarını nəzərdən keçirir. "Report" xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşğun deyib. 

Səfir qeyd edib ki, Türkiyədən gələn nümayəndə heyəti artıq Azərbaycanda hökumət nümayəndələri ilə bir sıra önəmli görüşlər keçirib və zəruri məsələləri müzakirə ediblər: "Bu ilin sonunda da Azərbaycanda aparılan islahatların müzakirə edilməsi nəzərdə tutulub".

İ.A.Coşğun əlavə edib ki, Azərbaycan regionun böyük iqtisadi potensiala malik zəngin ölkəsidir: "Ölkənin inkişafında gələcək nəsillərin üzərinə böyük vəzifə düşür. Lakin ilk öncə iş adamları da bu öhdəlikləri unutmamalıdır. Dövlət də öz növbəsində onlara şərait yaratmalı və dəstək olmalıdır".

Son xəbərlər

Orphus sistemi