Azərbaycan Türkiyə ilə texnologiya transferi barədə danışıqlar aparır

Azərbaycan Türkiyə ilə texnologiya transferi barədə danışıqlar aparır Bu şirkətlərlə bərabər çalışmaqda əsas məqsəd başda Türkiyə olmaq üzrə telekommunikasiya sistemində türk istehsalı olan milli və yerli avadanlıqların istifadəsinin artmasını təmin etməkdir
Biznes
7 Dekabr , 2023 13:12
Azərbaycan Türkiyə ilə texnologiya transferi barədə danışıqlar aparır

Azərbaycandakı şirkətlərlə məlumat mübadiləsi, texnologiya transferi, investisiya yatırımları, telekommunikasiya sistemində Azərbaycan və Türkiyə istehsalı olan avadanlığın istifadəsi istiqamətində danışıqlar aparırıq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Kommunikasiya Texnologiyaları Klasterinin rəhbəri İlyas Kayaduman deyib.

Onun sözlərinə görə, Türkiyədə 160-dan çox şirkətlə bərabər istehsal edilən sadəcə telekommunikasiya sektorunda çalışan və Türkiyə şirkətlərindən ibarət bir klaster var: “Bu şirkətlərlə bərabər çalışmaqda əsas məqsəd başda Türkiyə olmaq üzrə telekommunikasiya sistemində türk istehsalı olan milli və yerli avadanlıqların istifadəsinin artmasını təmin etməkdir. Bizim qurumun əsası 2017-ci ildə qoyulub və bugünədək ciddi uğurlar əldə etmişik”.

O qeyd edib ki, bu uğurları Azərbaycana da gətirmək istəyir: “Azərbaycandakı yerli şirkətlərlə də əməkdaşlıqlar qurub, buradakı fürsətləri dəyərləndirərək ölkədə telekommunikasiya ekosisteminin genişləndirilməsi istiqamətində birgə işləmək niyyətindəyik".

İ. Kayaduman bildirib ki, ötən 8-9 ay müddətində bu tədbirlərin həyata keçirilməsi üçün həm Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən, həm də Türkiyə tərəfindən ciddi işlər görülüb. Şirkətlərimizi bir araya gətirərək dinamizmi ortaya çıxarmaya çalışırıq. Birlikdə çox daha yaxşı layihələr ortaya qoyacağımıza inanırıq".

Son xəbərlər

Orphus sistemi