Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək

Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Türkiyənin KOSGEB təşkilatının İdarə Heyəti sədrinin müavini Salih Tuna Şahinin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb. Vüsal Qasımlı Azərbaycanda yaradılmış əlve
Biznes
4 Mart , 2022 11:31
Türkiyə və Azərbaycan KOB-un inkişafı sahəsində əməkdaşlıq edəcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İTKM) icraçı direktoru Vüsal Qasımlı Türkiyənin KOSGEB təşkilatının İdarə Heyəti sədrinin müavini Salih Tuna Şahinin başçılıq etdiyi nümayəndə heyətilə görüşüb.

"Report" bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, V.Qasımlı Azərbaycanda yaradılmış əlverişli biznes mühiti şəraitində kiçik və orta sahibkarlığın inkişafı üçün görülən işlər barədə məlumat verib, “Kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”nin 2016-2021-ci illərdə 88% icra olunduğunu qeyd edib.

Tərəflər İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) yaratdığı KOB evləri, İİTKM-nın operatoru olduğu "EnterpriseAzerbaijan" və "Azexport" portalları kimi institutsional islahatlarla bərabər maliyyə-kredit, sığorta, vergi, gömrük və dövlət satınalmaları sahəsində kiçik və orta biznesə verilən dəstəyi müzakirə ediblər. Görüşdə Türkiyə və Azərbaycan arasında kiçik və orta biznesin dəstəklənməsi sahəsində birgə layihələr barədə də fikir mübadiləsi olub.

S.T.Şahin həmçinin İİTKM-in nəzdində fəaliyyət göstərən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzində sahibkarlara yaradılan şəraitlə də tanış olub.

Son xəbərlər

Orphus sistemi