Türkiyə şirkəti Gürcüstanda 800 milyon dollarlıq müqaviləni ləğv edib

Türkiyə şirkəti Gürcüstanda 800 milyon dollarlıq müqaviləni ləğv edib Türkiyənin “ENKA İnşaat” şirkətinin törəməsi “ENKA Renewables” Gürcüstan dövləti ilə kaskad tipli 460 meqavatt gücə malik Namaxvani SES-in tikintisi ilə bağlı müqaviləni ləğv edib.
Biznes
172
22 Sentyabr , 2021 16:22
Türkiyə şirkəti Gürcüstanda 800 milyon dollarlıq müqaviləni ləğv edib

Türkiyənin “ENKA İnşaat” şirkətinin törəməsi “ENKA Renewables” Gürcüstan dövləti ilə kaskad tipli 460 meqavatt gücə malik Namaxvani SES-in tikintisi ilə bağlı müqaviləni ləğv edib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Məlumata əsasən, buna səbəb nəzərdə tutulmuş şərtlərin pozulması və fors-major hallardır.

SES-in tikintisi üzrə müqavilə 2019-cu ilin aprelin 25-də imzalanıb, inşaat işlərinə 2020-ci ilin yayında başlanılıb. Tikinti işlərinin 2024-cü ilin II yarısında başa çatdırılması gözlənilirdi. Layihənin ümumi investisiya dəyəri 800 milyon ABŞ dolları təşkil edib.

SES-in inşasına etiraz olaraq Kutaisi və Tbilisi şəhərlərində bir sıra kütləvi aksiyalar keçirilib.

Son xəbərlər

Orphus sistemi