Türkiyə rəsmisi: “Dost və qardaş ölkələr həmişə dəstəyimizi hiss edəcəklər”

Türkiyə rəsmisi: “Dost və qardaş ölkələr həmişə dəstəyimizi hiss edəcəklər” “Qarşıdakı aylarda dünyanın ən çox müzakirə aparacağı məsələ inflyasiya olacaq”.
Biznes
15 Noyabr , 2021 11:22
Türkiyə rəsmisi: “Dost və qardaş ölkələr həmişə dəstəyimizi hiss edəcəklər”
Nureddin Nebati

“Qarşıdakı aylarda dünyanın ən çox müzakirə aparacağı məsələ inflyasiya olacaq”.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forum (International Business Forum – IBF) Türkiyənin maliyyə və xəzinədarlıq nazirinin müavini Nureddin Nebati deyib.

“Hazırda bir sıra ölkələrdə rekord inflyasiya qeydə alınır. Amma bu təhdidlərə baxmayaraq biz təbii qazı real qiymətinin ¼-nə əhaliyə satırıq. Həmçinin kənd təsərrüfatı sahəsinə dəstək veririk və bu dəstəyi də davam etdirəcəyik”, - o bildirib.

Bundan başqa, Türkiyə rəsmisi əlavə edib ki, ölkəsi dost və qardaş ölkələrin inkişafına həmişə dəstək verib və bundan sonra da həmin ölkələr bu dəstəyi hiss edəcəklər.

Son xəbərlər

Orphus sistemi