Türkiyə rəsmisi: "Ağdamın inkişafına verəcəyimiz töhfə biznesdən əlavə məsuliyyətdir"

Türkiyə rəsmisi: "Ağdamın inkişafına verəcəyimiz töhfə biznesdən əlavə məsuliyyətdir" "Bu gün 30 ildən sonra işğalına son qoyulmuş Ağdam şəhərindəyik. İnşallah, buranın yenidən qurulmasına şahidlik etmək də bizlərə nəsib olar".
Biznes
164
11 Sentyabr , 2021 14:58
Türkiyə rəsmisi: Ağdamın inkişafına verəcəyimiz töhfə biznesdən əlavə məsuliyyətdir
Mustafa Tuzcu

"Bu gün 30 ildən sonra işğalına son qoyulmuş Ağdam şəhərindəyik. İnşallah, buranın yenidən qurulmasına şahidlik etmək də bizlərə nəsib olar".

“Report” xəbər verir ki, bunu Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında Türkiyənin ticarət nazirinin müavini Mustafa Tuzcu deyib.

“Burada olmaqdan çox məmnunuq və qürur hissi keçiririk. Türkiyə buradakı quruculuq işlərinin ən böyük dəstəkçisi olacaq. İşğala son qoyulmasında rolu olan şəhid və qazilərimizi anırıq. Bu ilin iyun ayında prezidentimizin bu bölgəyə etdiyi ziyarətdə qeyd etdiyi kimi, dövlət başçısı İlham Əliyevlə birlikdə inşallah buradakı inşaat işlərinə ən böyük töhfəmizi verəcəyik. Bu, biznesdən əlavə məsuliyyətdir.

İnşallah bura təkrar “Ağ dam”, “Bəyaz ev”, “Bəyaz saray” olar. Dünyaya da bu şəkildə elan edirlər. Bütün azərbaycanlı qardaşlarımıza prezidentimizin, nazirimizin salamını çatdırıram”,- deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi