Türkiyə oktyabrda Azərbaycana ixracını 9 % artırıb
- 06 noyabr, 2023
- 10:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 1 milyard 814,1 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 % çoxdur.
Təkcə oktyabrda isə Türkiyənin Azərbaycana ixracının dəyəri 194,6 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 8,7 % çoxdur.
Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 2,6 % azalaraq 182 milyard 182,2 milyon ABŞ dollarına düşüb. 10 ay ərzində Türkiyədən ən çox ixrac 15 milyard 482 milyon ABŞ dolları olmaqla Almaniyaya (1,8 % az), 10 milyard 137 milyon ABŞ dolları olmaqla ABŞ-a (15,5 % az) və 9 milyard 440 milyon ABŞ dolları olmaqla Böyük Britaniyaya (8 % az) həyata keçirilib.