Türkiyə Azərbaycana zeytun və zeytun yağının ixracını artırıb

Biznes
  • 23 mart, 2024
  • 13:57
Türkiyə Azərbaycana zeytun və zeytun yağının ixracını artırıb

2024-cü ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana 714 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixrac olunub.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 2,6 dəfə (160,4 %) çoxdur.

Həmçinin cari ilin fevral ayında Türkiyədən ölkəmizə 477 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 2,6 dəfə (159,9 %) artım deməkdir.

44 filmi