Türkiyə Azərbaycana zeytun və zeytun yağı ixracını 17,5 % artırıb

Biznes
  • 04 avqust, 2023
  • 10:54
Türkiyə Azərbaycana zeytun və zeytun yağı ixracını 17,5 % artırıb

Bu ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana 1 milyon 711 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı ixrac olunub.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrünə nisbətən 17,5 % çoxdur.

Təkcə iyulda isə Azərbaycan Türkiyədən 274 min ABŞ dolları dəyərində zeytun və zeytun yağı idxal edib ki, bu da illik müqayisədə 17,1 % artım deməkdir.

44 filmi