Türkiyə Azərbaycana portağal ixracını 3 dəfədən çox artırıb
- 18 may, 2022
- 05:45
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin ilk rübündə Azərbaycan 7,26 milyon ABŞ dolları dəyərində 10 min 223 ton portağal idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,3 %, kəmiyyət olaraq – 2,5 % azdır.
Hesabat dövründə İrandan 3,92 milyon ABŞ dolları dəyərində 5 min 594 ton, Türkiyədən 2,63 milyon ABŞ dolları dəyərində 3 min 754 ton, Misirdən 709,17 min ABŞ dolları dəyərində 872,72 ton, İspaniyadan 0,82 min ABŞ dolları dəyərində 1,03 ton məhsul gətirilib.
2021-ci ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə İrandan tədarük müvafiq olaraq 28 % və 28 % azalıb, Türkiyədən – 3,3 dəfə və 3,4 dəfə artıb, Misirdən – 42,2 % və 46,7 % azalıb. Bir il əvvəl İspaniyadan portağal alınmayıb.