Türkiyə Azərbaycana ixracını fevralda 31% artırıb

Biznes
  • 14 mart, 2022
  • 06:27
Türkiyə Azərbaycana ixracını fevralda 31% artırıb

Bu ilin fevral ayında Azərbaycanın Türkiyədən idxalının dəyəri 169,7 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,5% çoxdur.

“Report” “Anadolu” Agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumat yayıb.

Məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında isə Türkiyənin Azərbaycana ixracının dəyəri 308,6 milyon dollar olub ki, bu da 1 il əvvələ nisbətən 7,3 % çoxdur.

Türkiyənin ümumi ixracının dəyəri ötən ay 18 267 milyon dollar (26,1% çox), 2 ay ərzində isə 34 441 milyon dollar (23,1% çox) təşkil edib. Qonşu ölkə məhsullarının əsas idxalçıları Almaniyaya (3 130 milyon dollar), ABŞ (2 207 milyon dollar), Böyük Britaniya (1 957 milyon dollar) və İtaliya (1 938 milyon dollar) olub.

44 - Tezliklə