Türkiyə Azərbaycana ixracını 2 % artırıb
- 04 dekabr, 2023
- 06:36
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Türkiyədən 2 milyard 50,722 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib.
“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 % çoxdur.
Təkcə noyabrda isə Türkiyənin Azərbaycana ixracının dəyəri 237,252 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 0,3 % çoxdur.
Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 2 % azalaraq 202 milyard 173,773 milyon ABŞ dollarına düşüb. 11 ay ərzində Türkiyədən ən çox ixrac 16 milyard 991 milyon ABŞ dolları olmaqla Almaniyaya (1,9 % az), 11 milyard 219 milyon ABŞ dolları olmaqla ABŞ-a (15 % az) və 10 milyard 405 milyon ABŞ dolları olmaqla Böyük Britaniyaya (7,4% az) həyata keçirilib.