Türkiyə Azərbaycana ixracını 6 % artırıb

Biznes
  • 07 sentyabr, 2022
  • 07:30
Türkiyə Azərbaycana ixracını 6 % artırıb

Bu ilin avqust ayında Türkiyənin Azərbaycana ixracının dəyəri 193,209 milyon ABŞ dolları təşkil edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 0,1 % çoxdur.

Yanvar-avqust aylarında isə Azərbaycan qonşu ölkədən 1 milyard 386,181 milyon ABŞ dolları dəyərində əmtəə və xidmət idxal edib. Bu isə illik müqayisədə 6,1 % çoxdur.

8 ay ərzində Türkiyədən ən çox ixrac 12 milyard 622 milyon ABŞ dolları olmaqla Almaniyaya (11,3 % çox), 9 milyard 767 milyon ABŞ dolları olmaqla ABŞ-a (23,1 % çox) və 8 milyard 147 milyon ABŞ dolları olmaqla Böyük Britaniyaya (0,6 % çox) həyata keçirilib. Son 1 ildə qonşu ölkənin ixracının dəyəri 16,5 % artaraq 149 milyard 134 milyon ABŞ dollara çatıb.