Türkiyə Azərbaycana 5 ayda 800 mln dollarlıq məhsul ixrac edib

Türkiyə Azərbaycana 5 ayda 800 mln dollarlıq məhsul ixrac edib Türkiyə Azərbaycana ixracı artıb
Biznes
9 İyul , 2020 11:06
Türkiyə Azərbaycana 5 ayda 800 mln dollarlıq məhsul ixrac edib

Bu ilin yanvar-may aylarında Türkiyə Azərbaycana 775,79 milyon ABŞ dolları, təkcə may ayında isə 209,44 milyon ABŞ dollarlıq məhsul ixrac edib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı və Ticarət Nazirliyinin hazırladığı birgə hesabatda bildirilib.

Belə ki, bu göstərici ilə Azərbaycan Türkiyənin ixrac sıralamasında 13-cü pillədə qərarlaşıb.

Məlumata görə, Türkiyə bu ilin ilk 5 ayında ümumilikdə 61,59 milyard ABŞ dolları, may ayında isə 9,97 milyard ABŞ dollarlıq məhsul ixrac edib.

Qeyd edək ki, yanvar-may aylarında Türkiyənin məhsul ixrac etdiyi ölkələr sıralamasında ilk üçlükdə Almaniya (5,8 milyard ABŞ dolları), ABŞ (3,8 milyard ABŞ dolları), İraq (3,3 milyard ABŞ dolları) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi