Türkiyə, Azərbaycan və Gürcüstan sahibkarları birgə işləyəcəklər

Türkiyə, Azərbaycan və Gürcüstan sahibkarları birgə işləyəcəklər KOS-lar üçün ortaq elektron bazar yaradılacaq
Biznes
11 Aprel , 2017 15:43
Türkiyə, Azərbaycan və Gürcüstan sahibkarları birgə işləyəcəklər

Bakı. 11 aprel. REPORT.AZ/ Türkiyənin, Azərbaycanın və Gürcüstanın kiçik və orta sahibkarları (KOS) ortaq elektron bazarda görüşəcəklər. 

"Report"un "Dünya.com" saytına istinadən verdiyi xəbərə görə, tərəflərin görüşü bu ilin may ayında keçiriləcək.

Dünya KOS Platfroması Fondunun baş icraçı direktoru Tunç Uyanık layihə haqqında məlumat verərkən bildirib ki, ilkin mərhələdə Azərbaycan, Türkiyə, Gürcüstanın KOS-larının iştirak edəcəyi elektron alış-veriş platforması Asiya, Avropa və Afrikadakı həmkarları ilə əlaqələrini genişləndirəcəklər.

T.Uyanıkın sözlərinə görə, bu təşəbbüs sürətli qloballaşan iqtisadi bazarda KOS-lara dəstək olmaq üçün reallaşdırılır: "Bu layihə ilə 4 əsas problemin həll edilməsi nəzərdə tutulub. Bu çətinliklər əsasən internetin biznes məqsədilə istifadə edilməsi, daxili və beynəlxalq bazarla əlaqə yaratmaq, daha iri müştəri bazarı və maliyyə bazarına giriş əldə etməkdən ibarətdir". 

Son xəbərlər

Orphus sistemi