Türkdilli ölkələrin sahibkarları ortaq Ticarət-Sənaye Palatası yarada bilər

Türkdilli ölkələrin sahibkarları ortaq Ticarət-Sənaye Palatası yarada bilər Astanada Türkdilli ölkələrin İşgüzar Şurasının 5-ci iclası keçirilir
Biznes
3 Aprel , 2017 10:15
Türkdilli ölkələrin sahibkarları ortaq Ticarət-Sənaye Palatası yarada bilər
kazinform

Bakı. 3 aprel. REPORT.AZ/Türkdilli ölkələrin sahibkarları ortaq Ticarət-Sənaye Palatası yarada bilər.

"Report" "Kazinform"a istinadən xəbər verir ki, bu barədə "Atameken" Milli Sahibkarlar Palatasının idarə heyətinin sədri Ablay Mırzaxmetov Astanada keçirilən Türkdilli ölkələrin İşgüzar Şurasının 5-ci iclasında bildirib.

"Tədbirə Qazaxıstan-Türk Ticarət-Sənaye Palatasının yaradılması haqqında memorandum imzalanması ilə başladıq. Əminəm ki, bu birgə Palataya nümayəndələri burada əyləşən ölkələrin hər birini qəbul edə bilərik. Azərbaycandan, Qırğızıstandan olan həmkarlar bizə qoşulacaqlar və biz işləyə biləcəyimiz vahid platforma yaradacağıq", - deyə A.Mırzaxmetov bildirib.

A.Mırzaxmetov çıxışında, həmçinin Türkdilli ölkələrlə maneələrin azalması və malların keçidinin sürətləndirilməsinə yönəlmiş gömrük idarəetməsindəki dəyişikliklər və ticari-iqtisadi əlaqələrinin yaxşılaşdırılmasına yönəlmiş digər yeniliklər haqqında məlumat verib.

Son xəbərlər

Orphus sistemi