Türkdilli ölkələrin preferensial ticarət sazişi imzalaması təklif edilir

Türkdilli ölkələrin preferensial ticarət sazişi imzalaması təklif edilir Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) bu gün Türkiyənin İstanbul şəhərində keçirilən İqtisadi Zirvəsində türkdilli ölkələr arasında preferensial ticarət sazişinin imzalanması, əməkdaşlığın genişdirilməsi məsələləri müzakirə edilib.
Biznes
11 Noyabr , 2021 15:38
Türkdilli ölkələrin preferensial ticarət sazişi imzalaması təklif edilir
Mehmet Muş

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) bu gün Türkiyənin İstanbul şəhərində keçirilən İqtisadi Zirvəsində türkdilli ölkələr arasında preferensial ticarət sazişinin imzalanması, əməkdaşlığın genişdirilməsi məsələləri müzakirə edilib.

“Report” xəbər verir ki, bunu Türkiyənin ticarət naziri Mehmet Muş tədbirdən sonra keçirilən mətbuat konfransında bildirib.

"Bu önəmli tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın iqtisadiyyat nazirləri iştirak edirlər. Bir sıra sahələrdə əməkdaşlığı dərinləşdirməklə bağlı razılığa gəlmişik. O cümlədən ticarət əlaqələrinin daha da genişləndirilməsi razılaşdırılıb. İnanıram ki, bugünkü müzakirələrin nəticələrini yaxın vaxtlarda görəcəyik”, deyə o qeyd edib.

Nazir əlavə edib ki, türkdilli ölkələri birləşdirən dərin, köklü bağlar hər sahədə olduğu kimi, iqtisadi sahədə də əlaqələrdə əks olunur: “Türkdilli ölkələr müstəqilliklərini əldə etdikləri ilk ildə bu ölkələrlə ticarət dövriyyəmizin dəyəri cəmi 275 milyon ABŞ dolları idi, 2020-ci ildə bu rəqəm 43 dəfə artaraq 12 milyard ABŞ dolları səviyyəsində qərarlaşıb. Ümid edirəm ki, 2021-ci ildə bu rəqəmi daha da yeniləyəcəyik. Bu gün Türkiyənin türkdilli ölkələrdə sərmayələri 17,6 milyard ABŞ dolları təşkil edir. Əməkdaşlığımızın bəhrəsini görürük”.

Son xəbərlər

Orphus sistemi