Türkdilli dövlətlərin gömrük əməliyyatlarında ümumi standartlar müəyyən ediləcək

Türkdilli dövlətlərin gömrük əməliyyatlarında ümumi standartlar müəyyən ediləcək "Preferensial ticarət sazişi ilə, türkdilli dövlətlər arasındakı ticarəti daha sərbəst vəziyyətə gətirməliyik. Xidmət sektorunda da ölkələrimiz arasında ciddi əməkdaşlıq fürsəti var. Bu sektorda ticarəti asanlaşdırmaq üçün razılaşmaya ehtiyacımız var".
Biznes
12 Noyabr , 2021 17:14
Türkdilli dövlətlərin gömrük əməliyyatlarında ümumi standartlar müəyyən ediləcək

"Preferensial ticarət sazişi ilə, türkdilli dövlətlər arasındakı ticarəti daha sərbəst vəziyyətə gətirməliyik. Xidmət sektorunda da ölkələrimiz arasında ciddi əməkdaşlıq fürsəti var. Bu sektorda ticarəti asanlaşdırmaq üçün razılaşmaya ehtiyacımız var".

“Report” xəbər verir ki, bunu Türkiyə Ticarət və Sənaye Palatası (Türk TSO) və Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) sədri Rifat Hisarcıklıoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) İstanbulda keçirilmiş iclasında bildirib.

Onun sözlərinə görə, gömrük əməliyyatlarında ümumi standartlar müəyyən edilməlidir, prosesləri sadə və sürətli etməliyik:

“Qarşılıqlı keçid kvotalarını da aradan qaldırmalıyıq. Daha çox ticarəti, daha çox sahibkar və daha güclü özəl sektorla təmin etmək olar. Ölkələrimizdəki sahibkarlığı və özəl sektoru inkişaf etdirmək üçün güclü Palata sisteminə ehtiyacımız var. Türkiyənin bu sahədə mühüm nailiyyətləri və təcrübəsi var. İnformasiya və proqram təminatı sahəsində əməkdaşlığımızı inkişaf etdirə biləcəyimiz yeni layihələrə ehtiyacımız var. Bundan başqa, ölkələrimizdə yaradılmış bir çox texnoparklar da əməkdaşlıqlarımızın təkmilləşdirilməsi üçün xidmətlər göstərir. Bu sahədə ciddi əməkdaşlıq imkanları var”.

Son xəbərlər

Orphus sistemi