Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv və müşahidəçi ölkələrin iqtisadiyyat nazirləri və gömrük xidməti rəhbərlərinin videokonfrans formatında müzakirələri təşkil edilib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, videokonfransın məqsədi aprelin 10-da Prezident
İqtisadiyyat naziri Mikayıl Cabbarov, pandemiyanın milli iqtisadiyyata təsirlərinin azaldılması, zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və muzdlu işçilərə dəstək verilməsi, iş yerlərinin qorunması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, həmçinin postpandemiya dövründə yeni iqtisadi inkişaf modelinin tətbiqi üçün real zəmin hazırlamaq məqsədilə həyata keçirilən operativ və sistemli tədbirlər barədə məlumat verib. O, üzv dövlətlər arasında ikitərəfli sərbəst ticarət haqqında sazişlərin yaratdığı üstünlüklərdən səmərəli istifadə edilməsini, elektron ticarətin inkişafı məqsədilə Türk Şurası dövlətləri arasında elektron imzaların qarşılıqlı tanınması üçün tədbirlərin görülməsini, Türk Ticarət Evinin yaradılmasında Azərbaycanın təcrübəsindən yararlanmağı, həmçinin Türk Şurası çərçivəsində üzv ölkələrdə mövcud sərhəd və tranzit rejimlərinin kataloqunun hazırlanmasını, eləcə də nəqliyyat və tranzit rejimində hər hansı təxirəsalınmaz və ya planlaşdırılan dəyişiklik barədə üzv dövlətlərin məlumatlandırılmasını, həmçinin yaxın gələcəkdə ölkələrimizdə malların və prosedurların izlənilməsinə imkan verən onlayn məlumat mübadiləsi sisteminin yaradılmasını təklif edib.
“Üzv ölkələrdə ticarət və investisiyalara mənfi təsirin aradan qaldırılması istiqamətində Türk Şurasının Dövlət başçılarının keçirdiyi fövqəladə Sammit zamanı Türk Ticarət və Sənaye Palatasının fəaliyyətinin təşviqi və Birgə İnvestisiya Fondunun yaradılması məsələsini xatırladaraq, belə bir fondun yaradılmasının qarşılıqlı investisiya imkanlarını artırmaqla ölkələrimizdə sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına, yeni iş yerlərinin yaradılmasına, innovasiyaların dəstəklənməsinə, son nəticədə ölkələrin ümumi iqtisadi və sosial inkişafına geniş təkan verəcək.
Bakı şəhərində yerləşməklə Birgə İnvestisiya Fondunun yaradılmasına Azərbaycan tərəfinin hər cür dəstək göstərməyə hazırıq. Cari ilin əvvəlində Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzinin filialının Azərbaycanda yaradılması barədə qərar qəbul edildiyini xatırladıb və Mərkəzin fəaliyyətindən qardaş ölkələrin də faydalana bilməsi, Mərkəzin regional əhəmiyyət kəsb etməsi üçün zəruri tədbirlərin görüləcək”, - deyə nazir bildirib.
M.Cabbarov vurğulayıb ki, ərzaq məhsulları üzrə dövlət ehtiyatlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan bütün üzv ölkələr üçün vahid siyahının formalaşdırılması məqsədəuyğundur.
Videokonfransda iştirakçı ölkələrin müvafiq qurumlarının rəhbərləri COVID-19 pandemiyasının iqtisadi inkişafa və ticarət əlaqələrinə mənfi təsirinin azaldılması üçün təmsil etdikləri ölkələrdə görülən işlər barədə məlumat verib, Türk Şurası çərçivəsində həyata keçirilə biləcək birgə tədbirlərlə bağlı təkliflərini bildiriblər.
Həmçinin, Türk Şurasına üzv və müşahidəçi ölkələrin gömrük xidməti rəhbərləri arasında fikir mübadiləsi aparılıb, gömrük orqanlarının rəhbərləri pandemiya dövründə praktiki addımların icrası barədə təkliflərini səsləndiriblər.
Qeyd edək ki, videokonfransda Türk Şurasının Baş katibi Bağdad Amreyev, Baş katibin müavinləri Ömər Kocaman və Qismət Gözəlov, Azərbaycanın İqtisadiyyat naziri