Bir qədər əvvəl Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlər arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumunun imzalanması ilə ölkələrimiz arasında uzunmüddətli əməkdaşlığın əsası qoyulub.
“Report” xəbər verir ki, bunu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İqtisadiyyat Nazirlərinin 10-cu Görüşündə çıxış edən Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, Azərbaycan üzv ölkələr arasında əlaqələrin genişləndirilməsi üçün hərtərəfli dəstəyi göstərməyə hazırdır: "Qarabağın işğaldan azad olunmuş ərazilərində, ümumiyyətlə ölkənin bütün regionunda biznes fəaliyyəti üçün hər cür şərait yaradacağıq. Sabah isə Qarabağın bir parçası olan Ağdama səfər nəzərdə tutulur".